Rus ordusunun yeni planı: İki istiqamətdə hücum...

Rus ordusunun yeni planı: İki istiqamətdə hücum...

"Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ərəfəsində Zaporojye və Xerson vilayətlərində mövqelərini gücləndirir”.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.

Qeyd edilir ki, rus ordusu işğal olunmuş ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi üçün şərait yaratmaqda və onlara inzibati nəzarəti genişləndirməkdə davam edir.

İnstitutun məlumatına görə, Rusiya Federasiyasının qüvvələri Baxmutdan cənubda kiçik uğurlar əldə edib, lakin çətin ki, bu nailiyyətlərdən səmərəli istifadə edərək şəhəri tam nəzarətə götürə bilsinlər.

Rus qoşunları həmçinin Xarkovdan şimala, Severskin şərqinə və Baxmutun şərqinə məhdud quru hücumları həyata keçirib. Ukraynalı hərbçilər isə cənub istiqamətində Rusiya istehkamlarına zərbələr endirməkdə davam edir.

ISW qeyd edir ki, Rusiya ordusu Omskdakı anbarlardan hərbi texnikanı çıxarmaqda davam edir. Hərbçilər zədələnmiş döyüş maşınlarının təmiri problemi ilə üzləşib.

Bundan əvvəl məlum olub ki, ruslar dağıdılan Daryevskoqo körpüsü yaxınlığında ponton keçidi tikməyə çalışır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az