Rus sülhməramlılarından ŞOK AÇIQLAMA: “Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır”

Rus sülhməramlılarından ŞOK AÇIQLAMA: “Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır”

"Nikol Paşinyan xarici siyasət kursunu dəyişdirir”.

Miq.Az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın Hraparak qəzeti çıxış edib. Qəzetin yazdığına görə, hökumətdəki son kadr dəyişiklikləri bunu deməyə əsas verir. Qəzetin iddiasına görə, Paşinyan əsasən anti-Rusiya mövqeyi ilə seçilən şəxsləri vəzifəyə təyin edir:

"Nikol Rusiyapərəst şəxsləri, məsələn Vaqarşak Arutyunyan kimilərini işdən çıxarır və əvəzində isə Qərb mərkəzləri, xüsusən də düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxsləri vəzifəyə gətirir.

Qəzet yazır ki, Paşinyanın bu addımları ölkə rəsmilərinin, eləcə də rusiyalı sülhməramlıların diqqətindən yayınmır. Zəngəzurda olan ermənilərlə söhbət zamanı da sülhməramlılar bundan narahatlıqlarını ifadə edirlər. Hətta Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyətinin günahkar olduğunu bildirirlər. Bu isə Qərb qoşunlarını Ermənistana yerləşdirmək məqsədilə edilir.

"Fransanın Ermənistandakı səfirinin rəsmi irəvanın təhlükəsizliyi ilə bağlı məsələləri müzakirəyə çıxaracaqlarını elan etməsi təsadüfi deyil. Söhbət Minsk Qrupuna üzv ölkələrin qoşunlarının Ermənistana yerləşdirilməsindən gedir” – deyə qəzet bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az