Rusiya baş nazirinin müavini: "Zəngəzur dəhlizi məsələsi müzakirə olunmur..."

Rusiya baş nazirinin müavini:

Azatutyun yazır ki, son aylarda Azərbaycan və Türkiyə prezidentləri Azərbaycan və Naxçıvanı birləşdirəcək dəhlizin açılması zərurəti barədə bəyanatlar verirlər...
 
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin danışıqlarında "dəhliz məsələsi” müzakirə olunmayıb.
 
Bunu Azadlıq Radiosunun Erməni xidməti Azatutyuna Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
 
Artıq doqquz aydır ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mğer Qriqoryan və Aleksey Overçukdan ibarət işçi qrupu fəaliyyət göstərir.
 
Bu işçi qrupun fəaliyyətindən məqsəd Cənubi Qafqaz regionunda kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasıdır.
 
Aleksey Overçuk Azatutyun radiosuna deyib:
 
"Bizdə dəhlizlər yoxdur. Biz dəhliz məsələlərini müzakirə etmirik. Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması müzakirə olunur. Tərələr fikir mübadiləsi edirlər. Danışıqlar pozitiv axarda keçir”.
 
Dəhliz bəyanatları
 
Azatutyun yazır ki, son aylarda Azərbaycan və Türkiyə prezidentləri Azərbaycan və Naxçıvanı birləşdirəcək dəhlizin açılması zərurəti barədə bəyanatlar verirlər.
 
Azərbaycan prezidenti İlham Əliyev ötən ay CNN Türk kanalına verdiyi müsahibədə sülh müqaviləsinin imzalanmasını "Zəngəzur dəhliz”inin açılması ilə bağlamışdı.
 
Sentyabrın 19-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini bildirib.
 
Lakin Erdoğan deyib ki, bu görüş Ermənistanın "Zəngəzur dəhlizi” məsələsində atacağı qətiyyətli addımlardan sonra mümkün ola bilər.
 
Ermənistanın baş naziri Nikol Paşinyan isə dəfələrlə bidlirib ki, "dəhliz məsələsi” müzakirə olunmur və olunmayacaq:
 
"Biz kommunikasiyaların açılmasında çox maraqlıyıq, çünki bunda Ermənistanın blokadanı aradan qaldırması imkanınını görürük. Təəssüf ki, biz 25 ildir belə bir blokadadyıq. Ümid edirik ki, nəticədə biz konkret həll yollarına gəlib çıxacağıq”.
 
Azatutyun yazır ki, sentyabrın 20-də erməni tərəfinin "dəhliz məsələsinə” münasibəti barədə baş nazirin müavini Mğer Qriqoryan da danışıb.
 
Jurnalistlərlə söhbəti zamanı Qriqoryan "dəhliz məsələsi” müzakirə olunurmu” sualına, "əlbəttə, yox” cavabı verib.
 
Danışıqlar dayanmayıb
 
Azatutyun yazır ki, Azərbaycan-Ermənistan-Rusiya işçi qrupunun işi mayın 12-dən dayandırılıb və buna səbəb Azıərbaycan qüvvələrinin Ermənistanın ərazisinə müdaxiləsi olub.
 
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, danışıqlar yalnız Azərbaycan qüvvələri Ermənistan ərazisindən çıxdıqdan və bütün əsirlər qaytarıldıqdan sonra bərpa oluna bilər.
 
Overçuk sentyabrın 20-də deyib ki, işçi qrupun 7-ci iclası avqustun ortalarında Moskvada keçirilib.
 
Azatutyunun Azərbaycan qüvvələri Ermənistan ərazisindən çıxmadan danışıqların keçirilməsi barədə sualına cavab verən Mğer Qriqioryan belə cavab verib:
 
"Mən hesab edirəm ki, biz bütün hallarda danışmalıyıq, vəziyyəti stabilləşdirən və regiona sülh gətirən bütün imkanlardan istifadə etməliyik. Regionda infrastruktura gəlincə isə demək istərdim ki, gözə çarpan dəmir yollarıdır. Yəni söhbət vaxtilə mövcud olmuş infrastrukturun bərpasından gedir. Bu mənada burada texniki həllər gözə dəyir. Biz diqqətmizi sərhəd, gömrük, fitosanitar nəzarət kimi yoxlama funksiyalarının hüquqi həllinə yönəltmişik.”
 
Azatutyun yazır ki, Yerevanda keçirilən Armenian Business Forum tədbirində iqtisadiyyat naziri Vaan Kerobyan maraqlı bəyanat verib.
 
O deyib ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın blokadasının açılması elə ilk iki ildə Ermənistan iqtisadiyyatının 30 faizlik artımını təmin edə bilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az