Rusiya Ermənistandan balıq idxalını qadağan etdi

Rusiya Ermənistandan balıq idxalını qadağan etdi
Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan balıq idxalına müvəqqəti qadağa tətbiq edib.

Miq.az  Trend-ə istinadən xəbər verir ki, qərar "Qoyteks" şirkətinin balıq məhsullarında "zelyonka" məhlulunun aşkar olunması ilə əlaqədardır.
Qeyd olunur ki, sentyabrın 5-dən etibarən bu müəssisənin məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyulub.
Bundan başqa, Qazaxıstandan idxal olunan süd məhsulunda bağırsaq çöpünü aşkar olunması ilə əlaqədar bu məhsulun idxalı da qeyri-müəyyən müddətə qadağan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az