Rusiyada 9 nəfər öldü-evdə baş verən yanğın nəticəsində
Rusiyanın Sverdlovsk vilayətinin Suxoy Loq şəhərində xüsusi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Bu haqda Rusiya İstintaq Komitəsinin Sverdlovsk üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, yanğının baş verməsinə səbəb sobanın nasazlığı olub.
"Bizim məlumatımıza əsasən, yanğın nəticəsində 9 nəfər həyatını itirib: ev sahibinin ailəsi, qonaq gələn ailə və daha bir kişi qonaq. Bir nəfəri xilas etmək mümkün olub. Çox güman ki, yanğının baş verməsinə səbəb evin yanındakı hamamda soba sisteminin nasazlığıdır", - deyə, mətbuat xidməti bildirib.
Hadisə yerinə 21 nəfər, 8 yanğınsöndürən texinka cəlb edilib. Yanğın söndürülüb.
Miq.az