Rusiyada erməni iş adamı 9 il müddətinə azadlıqdan məhrum edilə bilər

Rusiyada erməni iş adamı 9 il müddətinə azadlıqdan məhrum edilə bilər
Rusiyada 1 milyard rubl (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtcanı 9 il müddətinə azadlıqdan məhrum oluna bilər.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu istintaqa yaxın mənbə bildirib.
O.Mkrtcanın hazırda Moskva şəhər Məhkəməsində mühakimə olunur. Prosesdə dövlət ittihamçısı çıxış edərək erməni əsilli iş adamına 9 il həbs cəzası verilməsini istəyib. 
Qeyd edək ki, O.Mkrtcan əvvəllər Ukrayna Metalurgiya Şirkərinin Donbas Sənaye İttifaqının baş direktoru işləyib. O, 2018-ci ildə dələduzluğa görə tutulub.
"Fokus” jurnalının reytinq cədvəlinə əsasən, O.Mkrtçan 2012-ci ildə Ukraynanın 200 ən varlı vətəndaşları sırasılnda 14-cü yerdə qərarlaşıb. Onun var-dövləti 1,25 milyard dollar dəyrindədir. O.Mkrtçan Rusiya və Ukraynanın vətəndaşıdır.
O, Krasnodarın "Kuban" futbol klubunun keçmiş sahibidir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az