Rusiyanın "ölüm mələyi" (FOTO)

Rusiyanın
Sovet ordusunun ən məşhur snayperindən biri

Snayperlər istənilən döyüşün gözə görünməyən, lakin ən əsas qəhrəmanları hesab edilir. Adını tarixə yazdıran snayperlərin sayı da kifayət qədərdir.

Onlardan biri də İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi - rus gözəl Rozadır. İstiPress-in məlumatına görə, Roza Şanina tarixin ən gözəl və məşhur snayperlərindən biri hesab edilir. O, "Rusiyanın ölüm mələyi" - ən təhlükəli ölüm maşını kimi təqdim edilir. Rəsmi məlumatlara görə, onun silahından çıxan güllələr 59 nəfərin ölümünə səbəb olub. Əslində isə bu sayın daha çox olduğu deyilir. 

Roza 1941-ci ildə qardaşının cəbhədə ölümündən sonra orduya yazılır. Nişan almaq qabiliyyəti yaxşı olduğu üçün ön cəbhədə snayper kimi xidmətə başlayır. 

 
 
Şanina İkinci Dünya müharibəsi boyunca baş verənləri, həyatını sovet ordusunda qadağan edilmiş, lakin gizli şəkildə tutduğu gündəliyində yazıb.

Baqration əməliyyatından sonra (Belarus əməliyyatı - Almanların Mərkəz Ordu qərargahının məhv edildiyi ən müvəffəqiyyətli hərbi hücum. Bagration Əməliyyatı (Baqration adı 130 il əvvəl Napoleona qarşı edilən döyüşdən bir Bolqar qəhrəmanın adından gəlir) döyüşün yalnız ən böyük hərbi hücumlardan biri deyil, ayrıca ən incə düşünülmüş planı idi) qadın snayperlərin cəbhədən çəkilməsinə qərara verilib. Lakin Roza könüllü xidmət üçün müraciət edir, hətta iki dəfə Stalinə məktub yazır. Onun müraciətinə rədd cavabı verilsə də, buna qarşı çıxaraq cəbhəyə gedir.

Şərqi Prussiya hücumu onun sonu oldu. 1945-ci ilin yanvar ayında gündəliyində əslində özünün daha təhlükəsiz yerdə olmaq istədiyini, lakin bilinməz bir qüvvənin onu cəbhəyə çəkdiyini yazmışdı. 
Yanvarın 27-də o ağır yaralı halda tapılıb. İddiaya görə bədəni ilə yaralı topçunu qorumaq istəyib. Həkimlərin səyinə baxmayaraq "ölüm mələyi" müharibənin növbəti qurbanı olur. 

1963-cü ildə gündəliyi kitab formasına salındıqdan sonra dünyada məşhuraşıb. 

Rus snayper
 
 
Roza Şanina
Dünyanın ən məşhur snayperlərinin sayı barmaqla sayılacaq qədərdir desək yanılmarıq. Onlar bu ad-sanlarını öldürdükləri insanların sayına görə alıblar. İstiPress onlardan bir neçəsini oxucularına təqdim edir:

Josef Allerberqer - İkinci Dünya Müharibəsi boyunca 257 düşmən əsgərini öldürmüş avstriyalı Alman qoşununda xidmət edib. Yaralanıb düşmən əlinə keçməsinə baxmayaraq, qaçıb evinə dönməyi bacaran Allerberqer həyatına dülgər olaraq davam edib.

Matthaus Hetzenauer - faşist Almaniyasının nişancısı Hetzenauer 345 düşmən əsgəri öldürüb. O, indiyədək təsbit edilən ən uzun məsafəli atışı (1100 metr) edib. Müharibə bitmədən SSRİ-nin əlinə keçən Hetzenauer 1950-ci ildə sərbəst buraxılıb.

Lyudmila Pavliçenko - dünyanın ən müvəffəqiyyətli qadın nişancısı olan Pavliçenko universiteti buraxıb Sovet ordusuna qoşulub. Atıcılıqdakı qabiliyyəti fərq edildikdən sonra snayper olaraq vəzifəsinə davam edib. Pavliçenko rəsmi olaraq 309 alman hərbiçi öldürüb.

Vasili Zaytsev - həyatı filmlərə mövzu olan Zaytsev İkinci Dünya Müharibəsinin ən məşhur əsgərlərindəndir. Normal piyada olaraq orduya qoşulan əsgər döyüşlərdə 30 əsgər öldürdükdən sonra snayper seçilib. Zaytsev gözündən yaralanana qədər 11-i snayper olmaqla 2 ayda 225 əsgər öldürüb.

Qorxunc Əbdül - Osmanlı Ordusu üçün stimul qaynağı idi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az