Rusiyanın Xarici İşlər Nazirliyinə HÜCUM

Rusiyanın Xarici İşlər Nazirliyinə HÜCUM
Rusiya Xarici İşlər Nazirliyinin elektron poçtu haker hücumuna məruz qalıb.

Publika.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, idarənin mərkəzi aparatı, onun Rusiyadakı və xaricdəki nümayəndəliklərinin resurslarına edilən hücumların araşdırılması haker hücumunun iyunun 29-u səhər saatlarında edildiyini göstərib.
O qeyd edib ki, ümumilikdə 138 hücum baş verib və mid.ru domeninin istifadəçilərinin elektron poçt ünvanlarına saxta məktublar göndərilib.
Haker hücumu Macarıstanda yerləşən IP ünvandan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az