Rövşən Lənkəranskiyə ölüm hökmü verən qanuni oğru həbs olundu

Rövşən Lənkəranskiyə ölüm hökmü verən qanuni oğru həbs olundu

Moskvanın Tver məhkəməsinin qərarı ilə Şakro Molodoya hökm oxunub.

Rusiyada "qanuni oğru" həbs olunub. ANS PRESS-in məlumatına görə, Şakro Molodoy ləqəbli Kalaşov Zaxar 3 ay və 3 gün azadlıqdan məhrum olunub.  

Moskvanın Tver məhkəməsinin qərarı ilə qanuni oğruya hökm oxunub. Aslan Usoyanın ("Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən "Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Bu gün kriminal avtoritetin evində axtarışlar aparılıb. 

Avtoritetin dəbdəbəli evi muzeydən fərqlənməyib. Axtarış zamanı polislər evdən iki "Makarov” tapançası, "F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.
[video=http:// ]
63 yaşlı Zaxari Kalaşov məşhur kriminal avtoritet "Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb.

İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan "Şakro Molodoy” "Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib.

Onun keçirdiyi "sxodka”da azərbayanlı kriminal avtoritet "Rövşən Lənkəranski” "Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az