Sabah "Azdrama" direktorunun məhkəməsidir

Sabah

Sabah Nəsimi Rayon Məhkəməsində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun sənətşünas Ənvər Börüsoya qarşı iddiasına dair növbəti proses keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Lent.az-a əməkdar artist Füzuli Hüseynov bildirib. Məhkəmə prosesinə teatrın bir çox aktyorları qatılacaq. Xalq artisti Nurəddin Mehdixanlı isə sənətşünas tərəfindən şahid qismində çıxış edəcək.

Xatırladaq ki, Dram Teatrının direktoru İ. İsrafilov ötən beş ildəki fəaliyyətini, teatr siyasətini sərt şəkildə tənqid edən sənətşünas Ə. Börüsoyu məhkəməyə verib. Avqust ayından indiyə kimi Nəsimi Rayon Məhkəməsində bu proses davam etməkdədir. Ötən məhkəmə proseslərində iddiaçı tərəf olan İ. İsrafilovun və vəkilinin məhkəməyə gəlməməsi səbəbindən proses təxirə salınmışdı. Hakimin iddianın icrasının dayandırılması barəsində müraciətinə Ə. Börüsoyun vəkilləri etiraz etməyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az