Şamaxı yolunda dəhşətli qəza: Ölənlər var

Şamaxı yolunda dəhşətli qəza: Ölənlər var
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Miq.az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı "KamAZ" markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az