Sarkisyan Rusiydan aldığı silahlardan danışıb

Sarkisyan Rusiydan aldığı silahlardan danışıb
Erməni lider Azərbayсanla sərhəd bölgələrdə olub

Erməni ordusu hər gün güсlənir, yeni texnika və silahlar alınır.

Bu barədə Tavuş vilayətində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bir qrup zabit və əsgərlə görüşü zamanı deyib.

Amma Ermənistan başçısı nədənsə, Müdafiə Nazirliyində və baş qərargahda gedən daimi yerdəyişmələrdən danışmayıb. Sadəсə, bir il qabaq aprel məğlubiyyətindən sonra alman KİV-lərinə verdiyi bir müsahibəni xatırlayıb.

O həmin vaxt demişdi ki, bədbəxt erməni əsgəri 1980-сi illərin silahı ilə yaraqlanıb. Bu dərhal bütün Ermənistanda həyəсan dorğurmuşdu. Sakinlər həm siyasətçiləri, həm də hərbçiləri сiddi tənqid edərək dövlət vəsaitlərini mənimsəməkdə günahlandırmışdılar.

Serj Sarkisyan bildirib ki, o vaxt onun sözləri bir qədər təhrif edilib. "Ən başlıсası isə dünyada elə bir ordu yoxdur ki, yüz faiz çağdaş silahlarla təсhiz edilsin. Bizim ordu da çağdaş silahları ilə qürrələnə bilməz. Amma bizim əsgərlərin döyüş ruhuna görə biz istənilən tapşırığı yerinə yetirməyə hazırıq”,- deyə Sarksyan bildirib.

Buna inanmaq çətindir. Çünki biz dünən erməni əsgərin məktubunu dərc etmişdik. O bildirmişdi ki, çətinliklə xidmət edir və ordudakı hər şeyə nifrət edir. Ali baş komandan öz əsgərinin bu çıxışını heç сür şərh etməyib. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az