Şəhid anası medalı olsun - Aqil Abbasdan təklif

Şəhid anası medalı olsun - Aqil Abbasdan təklif

SSRİ zamanı Sovet İttifaqı Qəhramanı, Sosialist Əməyi Qəhramanı ilə yanaşı Qəhraman Ana statusu var idi. Bu, səhv etmirəmsə, 10 övladı olan xanımlara verilirdi. Onun da güzəşti təxminən Sovet İttifaqı Qəhramanı və ya Sosialist Əməyi Qəhramanı kimi olurdu. Ancaq medallar fərqli idi. İndi biz şəhid ailələri ilə bağlı müzakirlər aparırıq.

Miq.Az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Millət vəkili təklif edib ki, şəhid anası medalı olsun: "Niyə də olmasın. Əslində belə təkliflə yazıçı Çingiz Abdullayev çıxış edib. Bəlkə, bu məsələyə baxaq? Şəhid anaları üçün böyük sevinc olardı”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az