Şəmkirdə ağır yol qəzası-Ölən və yaralanan var

Şəmkirdə ağır yol qəzası-Ölən və yaralanan var

Şəmkirdə ağır yol qəzası baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

"Report”un məlumatına görə, hadisə Bakı-Qazax yolunun 395-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Məmmədovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Rövşən Məmmədovun idarə etdiyi "Subaru” markalı maşın toqquşub.

Nəticədə "VAZ-2107”in sürücüsü M.Məmmədov hadisə yerində ölüb.

Qəzada xəsarət alan "Subaru”nun sürücüsü və qadın sərnişini, həmçinin "VAZ-2107” markalı avtomobildəki bir sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan R.Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər yaralıların isə durumu normaldır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az