Separatçılardan “qiyamçı general”a dəstək – İrəvan üçün kritik gün

Separatçılardan “qiyamçı general”a dəstək – İrəvan üçün kritik gün

Qarabağdakı separatçı rejimin hərbi birləşməsinin 120-dən çox hərbçisi Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən bəyanat yayıb.

Miq.Az xəbər verir ki, bu barədə erməni nəşri "Aravot” məlumat yayıb.

Qasparyana dəstək bəyanatı separatçı qüvvələrin 124 zabiti imzalayıb. Onlar Qasparyanın vəzifəsində qalmasını istədiklərini dilə gətiriblər.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən Qasparyanın vəzifəsindən uzaqlaşdırılması üçün qərar imzalayıb. Prezident Armen Sərkisyan isə onun istefası haqqında fərmanı imzalamaqdan imtina edib. Lakin baş nazir Qasparyanın avtomatik istefasını nəzərdə tutan fərman layihəsini hələ Konstitusiya Məhkəməsinə göndərməyib.

Qanuna görə, qeyri-iş günləri nəzərə alınmaqla, bu işdə Qasparyanın səlahiyyət müddəti sabah başa çatır.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az