Sergey Lavrov: “Siyasi və diplomatik yollarla sülh mümkün yoldur”
"Rusiya xarici qoşunların Əfqanıstandan çıxarılmasının tərəfdarıdır”.
Cebhe.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya Əfqanıstandakı münaqişənin hərbi yolla həllinə malik olmadığına inanır:
"Siyasi və diplomatik yollarla sülh mümkün yoldur. Xarici qoşunların ölkədən tamamilə çıxarılması üçün bütün tərəfləri danışıqlar aparmağa çağırırıq”.
Qeyd edək ki, iyunun 17-də Əfqanıstan Milli Təhlükəsizlik Şurasının katibi Hamdulla Möhib Rusiyaya səfər edəcək.
Miq.az