Sərkisyan Zəngəzurda: “Bu ərazilər Azərbaycana verildi”

Sərkisyan Zəngəzurda: “Bu ərazilər Azərbaycana verildi”

Ermənistan Prezidenti Armen Sərkisyan Zəngəzura gəlib.

Miq.Az xəbər verir ki, o, səfəri çərçivəsində Gorus, Sisyan, Xndzoresk, Artaşen və Karaxunj rayonlarının kəndlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə bölgədə müharibədən sonrakı vəziyyət, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Kəndlərin rəhbərləri Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təhlükəsizlik məsələsini "prioritet problem” kimi təqdim ediblər. Onların sözlərinə görə, yerli sakinlərin əsas məşğuliyyəti maldarlıqdır, lakin sərhəd xətlərinin işarələnməsindən sonra bir çox otlaq və əkin torpaqları Azərbaycan ordusunun nəzarətinə verilib.

Onlar bunun əhalinin onsuz da çətin olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirdiyini deyiblər.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az