Sevgililər günü qadağan edildi

Sevgililər günü qadağan edildi
Bu günü reklam etmək də mümkün olmayacaq

İslamabad Ali Məhkəməsi Pakistan ərazisində 14 fevral Müqəddəs Valentin günü - Sevgililər Gününün qeyd olunmasını qadağan edib.

İstiPress-in məlumatına görə, bu barədə "Express Tribune" qəzeti yazıb. Məlumata görə, bu bayramın müsəlman adət- ənənələri ilə heç bir əlaqəsi yoxdur. Bu cür düşünən bir qrup insan adıçəkilən günün ləğv edilməsi üçün petisiya yaradıb. 

Məhkəmənin qərarı ilə bu bayramın həm rəsmi səviyyədə, həm də sadə xalq arasında qeyd edilməsi yasaqlanıb. Mətbuata da bu günü hər hansı yollasa reklam etmək qadağan edilib. 

14 Fevral dünyanın bir çox ölkəsində Sevgililər günü kimi qeyd edilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az