İŞİD-in hədəfi "Real Madrid": 16 ölü, 20 yaralı

İŞİD-in hədəfi
İspaniya futbol klubu "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.
 
Bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.


İraqda "Real Madrid" azarkeşlərinin toplaşdığı yer olan mərkəzdə tərəfdarlar ispan nəhənginin matçlarını izləmək üçün yığışırdılar. Mərkəzin özündən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub.
 
"Onlar futbolu sevmirlər və bunun islama zidd olduğuna inanırlar”, - deyə mərkəzdən məsul şəxs Ziad Subhan bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az