Gürcüstanın paytaxtı Tbilisidə " SOCAR-Georgia"nın yeni qazdoldurma məntəqəsi istifadəyə verilib.
Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstanın rəsmi şəxsləri iştirak edib. Açılış mərasimində qeyd olunub ki, Gürcüstanda "SOCAR-Georgia"-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, onlardan 26-sı qazdoldurma stansiyasıdır.
R.Abdullayev səfər çərçivəsində Gürcüstan rəhbərliyi ilə görüşüb. Görüşlərdə iki ölkənin iqtisadi əlaqələri, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin Gürcüstana sərmayə qoyması məsələləri müzakirə olunub.
SOCAR prezidenti bildirib ki, Gürcüstan tərəfi Azərbaycan şirkətlərinin Gürcüstana daha çox sərmayə yatırması xahişi ilə müraciət edib. Onun sözlərinə görə, hazırda bu müraciətə baxılır, Azərbaycan şirkətləri sərmayə yatırılacaq sahələri araşdırırlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR