Azərbaycan Dövlət Neft Şirkəti ilə "PetroVietnam" Neft-Qaz Korporasiyası arasında qarşılıqlı əməkdaşlığa dair müvafiq proqramın layihəsi hazırlanır. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
"PetroVietnam" şirkətinidə çalışan mütəxəssislərin 50%-i Bakıda tələbə olub. Şirkət Azərbaycanda da iş görmək arzusundadır və bizə də Vyetnamda işləməyi təklif edir. Onlarla birgə əməkdaşlıq qurmağa hazırlaşırıq, artıq əlaqələr qurulub. Bakı Ali Neft Məktəbi və SOCAR-ın lahihə institutu Vyetnamda layihələr işləyib. Daha geniş əməkdaşlıq üçün isə proqram hazırlanır", - deyə R.Abdullayev əlavə edib.
SOCAR rəhbəri qeyd edib ki, şirkətlər arasında qarşılıqlı əməkdaşlıq hər iki tərəfin marağına səbəb olacaq adekvar təkliflər üzrə həyata keçiriləcək: "Biz onlara nə təqdim etsək, onlar da bizə eyni səviyyədə iş təklif edəcəklər. Bu artıq birtərəfli deyil, ikitərəfli əməkdaşlıq olacaq. Birgə istehsal, logistika və sıxılmış qazın satışı ilə bağlı danışıqlar aparmışıq. İnanırıq ki, tez bir zamanda bunu həyata keçirəcəyik".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR