Soçidəki görüntülər: Əliyevə və Paşinyana baxın... - Korotçenko

Soçidəki görüntülər: Əliyevə və Paşinyana baxın... - Korotçenko

Soçidə uğurla keçirilən üçtərəfli sammitdə Vladimir Putin Paşinyan və AB-nin (ABŞ oxu) Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin təmini və Moskvanın regionda təsirini azaltmaq səylərini sıfırladı.

Miq.Az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi ekspert, "Milli müdafiə” nəşrinin baş redaktoru Oleq Korotçenko 26 noyabrda Soçidə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən qeyd edib.

"Praktik olaraq Putin-Əliyev tandemi Paşinyan-Makron tandemindən daha güclü və effektiv çıxdı”, - ekspert qeyd edib.

İ.Korotçenko sammitdən görüntülərlə bağlı da fikirlərini bildirib:

"Soçi sammitini izlədim: masa arxasında Paşinyan tutqun və qəmgindir, Əliyev isə sakit və əmin!

Qısa desək, Soçi görüşündə Paşinyan ondan tələb edilənlərin hamısı ilə razılaşdı. Ancaq bu barədə Ermənistanda sonra elan edəcək...”

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az