Sülhməramlılar Qarabağda Qələbə gününü qeyd etdi — FOTO

Sülhməramlılar Qarabağda Qələbə gününü qeyd etdi — FOTO

Bu gün Qarabağdakı Rusiya sülhməramlı kontingenti faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirib.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, tədbirdə 1945-ci il mayın 1-də sovet ordusunun Berlindəki Reyxstaq binasının damına asılmış bayrağı təqdim olunub.

Daha sonra Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov təbrik nitqi ilə çıxış edib.     

Ardından Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonda rəsmi vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə, 20 hərbçi Rusiya Müdafiə Nazirliyinin medalları və fəxri fərmanları ilə təltif edilib.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az