Tacikistan-Əfqanıstan sərhədində atışma olub, ölən və yaralananlar var

Tacikistan-Əfqanıstan sərhədində atışma olub, ölən və yaralananlar var
Tacikistanın hərbi hissə komandiri Əfqanıstanla sərhəddə silahlı qruplaşma ilə baş vermiş atışmada həlak olub. Bu barədə RİA "Novosti" Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Əfqanıstanla sərhəddəki Şamsiddin Şohin rayonunda, Lanqurixo qışlağında baş verib. Atışma zamanı həmçinin daha 4 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Bu səbəbdən də yaralıların vertolyotla Düşənbə şəhərinin hərbi hospitalına göndəriləcəyi ehtimal olunur.

Silahlı qruplaşma üzvlərinin əfqan qaçaqmalçıları olduğu güman edilir. Ölən hərbçi polkovnik Xeyrəddin Axmatovdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az