“Təklif edirəm ki, bu arakəsmələr ekspertizadan keçirilsin"

“Təklif edirəm ki, bu arakəsmələr ekspertizadan keçirilsin
Kütləvi informasiya vasitələrində hər gün avtomobil qəzaları haqqında çoxlu xəbərlər yayılır. Bu xəbərlərə istinadən demək olar ki, sanki magistral yollarda qətliam törədilir. Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın şahidi olduq. Məhz bu qəzaya görə iddia etmək olar ki, dəmir arakəsmələr ölüm alətinə çevrilir”.

Vətəninfo.az-ın məlumatına görə bu sözləri Milli Məclisin iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı layihənin müzakirəsi zamanı deputat Elmira Axundova deyib:

"Təklif edirəm ki, bu arakəsmələr ekspertizadan keçirilsin. Mən internetdə videoçarxa baxdım, Qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır”.

Deputatın fikrincə, bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır: "Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, yaxud digər qurğularla əvəz edilsin. Bu, insanların təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az