Tramp İraqı “qadağan edilmiş ölkələr” siyahısından çıxardı

Tramp İraqı “qadağan edilmiş ölkələr” siyahısından çıxardı
ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni fərmanında İraq "qadağan edilmiş ölkələr” siyahısından çıxarılacaq.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbələrə istinadən "Associated Press" agentliyi bildirib.
Agentliyin məlumatına görə, qərar ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin təzyiqi altında qəbul edilib. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.
Beləliklə, altı ölkənin - İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətənsdaşları əvvəlki kimi Birləşmiş Ştatların ərazisinə girə bilməyəcəklər. Qadağalar 90 gün ərzində qüvvədə olacaq.
Trampın immiqrasiya haqqında yeni fərmanı bu gün imzalayacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az