Tramp: Putinə ABŞ prezidenti kimi Klinton sərf edərdi

Tramp: Putinə ABŞ prezidenti kimi Klinton sərf edərdi
"Əgər Hillari prezident olsaydı, silahlı qüvvələrimiz ixtisar olardı"

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hillari Klinton prezident kimi Rusiya prezidenti Vladimir Putinə daha faydalı olardı.

İstiPress-in "BBC"yə istinadən verdiyi məlumata görə, bunu Tramp "CBN" telekanalına müsahibəsi zamanı deyib.

"Biz - dünyada ən güclü ölkəyik və daha güclü oluruq. Çünki, mən hərbçilərin pərəstişkarıyam. Məsələn, əgər Hillari prezident olsaydı, silahlı qüvvələrimiz ixtisar olardı, bizim energetika daha bahalı olardı. Bu, Putinin məndə xoşuna gəlmədiyi şeydir. Və bu onun məni istəməməyinin səbəbidir. Çünki mən ilk gündən güclü ordu üçün çalışıram", - Tramp deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az