Transseksuallar ilk dəfə Həcc ziyarətinə yollanacaq

Transseksuallar ilk dəfə Həcc ziyarətinə yollanacaq
Bu il Pakistandan olan transseksuallar ilk dəfə könüllü kimi Həcc ziyarətində iştirak edə biləcək.
 
Miq.az-ın oxu.az-a istinadən məlumatına görə, yeniyetmə transseksuallar digər uşaqlarla yanaşı, cəmiyyətin üzvləri arasından seçiləcək. Seçimlərdə namizədlər fiziki hazırlıq və sınaq tapşırığı yerinə yetirməli olacaq.Seçilmiş kollektivin siyahısı təsdiq olunması üçün Din Məsələləri üzrə Nazirliyə göndəriləcək.
"Bu, oyun qaydalarını və bizim cəmiyyətin onlara olan münasibətini dəyişə bilər”, – deyə Sind vilayətinin Boyskaut Hərəkatının komissarı Atif Əmin Hüseyn bildirib. Onun sözlərinə görə, son illər ərzində 40 transseksual Pakistan Boyskautlar Assosiasiyasına qoşulub.
Qeyd edək ki, Pakistan 2009-cu ildə rəsmi olaraq üçüncü cinsi tanıyan və müvafiq nişanla şəxsiyyət vəsiqəsi verən dünyanın ilk dövlətlərindən birinə çevrilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az