“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB

“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB
"Türkiyə əsgərlərini dərhal Suriyadan geri çəksin”.

Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu tələbi Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri səsləndirib.
Cəfəri Türkiyənin Suriya sərhədlərini pozduğunu iddia edib.
Qeyd edək ki, Türkiyə ordusu 2016-cı il avqustun 24-də Suriyanın şimalına keçərək "Fərat Qalxanı” hərəkatına başlayıb. Hərəkat nəticəsində Türkiyə sərhədləri İŞİD terror təşkilatından təmizlənib. Türkiyə ordusu və Azad Suriya Ordusu son olaraq iki gün əvvəl İŞİD-in Suriyada əsas dayaqlarından biri olan Əl-Bab şəhərinə nəzarəti təmin edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az