Türk əsgərləri atəşə tutuldu- İŞİD tərəfindən

Türk əsgərləri atəşə tutuldu- İŞİD tərəfindən

İŞİD üzvləri Suriya sərhədində minalanmış sahələri təmizləyən türk əsgərlərini atəşə tutublar. 

Türk əsgərlərinin cavab atəşi açması nəticəsində İŞİD üzvləri susdurulub. 

Əldə olunan məlumata görə Gaziantep vilayətinin Karkamış rayonunda sabah saatlarında sərhəd boyu çəkiləcək divarın yerini təmizləmək məqsədilə işlər aparan mühəndis istehkam bölüyünün əsgərləri İŞID tərəfindən atəşə tutulub. 

Tərəflər arasında yaranan qarşıdurma səbəbilə bölgədə təhlükəsizlik tədbirləri artırılıb. Qeyd edək ki, mina təmizləyən maşınlar 16 gündür sərhəd boyu təmizlik işləri aparırlar. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az