Türk təyyarələri vurulacaq-Rusiyadan ŞOK ƏMR
Rusiya 1998-ci il Adana razılaşmasını ləğv edib və Suriyaya daxil olacaq Türkiyə təyyyarələri üçün yeni qaydalar müəyyənləşdirib.
Türkiyə mediasına istinadən verilən xəbərə görə, bu barədə Küveytdə çıxan "Er-Rai” qəzeti Dəməşqdəki "4+1 əməliyyat otağı”na istinadən yazıb.
Yeni qaydalara görə, Suriyanın hava məkanına daxil olan türk təyyarələri vurulacaq. Məlumata görə, Rusiya Suriyanın hava məkanına daxil olan türk təyyarələrinin ikincin bir əmr gözləmədən vurulması barədə əmri verib.
Digər bir məlumata görə, Rusiya Suriyanın əlindəki MİQ-29 qırıcılarını da modernləşdirib.
Miq.az