Türkiyə kəşfiyyatı-PKK-ya məlumat ötürən görəvli şəxslər ifşa edildi

Türkiyə kəşfiyyatı-PKK-ya məlumat ötürən görəvli şəxslər ifşa edildi
Türkiyədə Mardin bölgəsini terrorçulardan təmizləmək üçün əməliyyatlar davam edərkən, bəzi xainlərin PKK-ya məlumat verib əməliyyatları iflasa uğratmağa çalışdığı müəyyənləşdirilib. 

Fövqəladə hallarda könüllü feldşerlərin xidmət etdiyi Milli Tibbi Xilas Etmə Qrupunda (UMKE) qeydiyyatdan keçən bəzi feldşerlərin terrorçu qruplaşmaya məlumat ötürdüyü müəyyənləşdirilib. 

Xüsusi xidmət orqanları UMKE-də xidmət edən 10 feldşerin PKK ilə əlaqəli olduğunu müəyyən edib. Bu işçilərdən 2-si PKK, 1-i YDG-H, 1-inin isə MLKP ilə əlaqəli olduğu məlum olub. PKK tərəfdarlarının təhlükəsizlik qüvvələrinin hara hücum edəcəyi, əməliyyatı həyata keçirəcək heyətin tərkibində neçə nəfərin olacağı kimi məlumatları sızdırdığı bəlli olub. Kəşfiyyatın əldə etdiyi məlumatlar əsasında istintaq başlayıb./AzNews.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az