Türkiyə Suriya ilə sərhədinə divar hördü
Divarın uzunluğu 700 km-dir
Türkiyə Suriya ilə sərhədinə 700 km-lik divar hörüb.
İstiPress "lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Fikri İşık məlumat verib. İşık artıq işlərin tamamlandığını deyir.
Divarın inşası İŞİD və PKK terror təşkilatının üzvlərinin Türkiyəyə girişinin qarşısını almaq məqsədi daşıyır. Sərhəddə işıqlandırma sistemi, müşahidə kamerası və sensor quraşdırılacaq. Bundan başqa, təhlükəsizliyi təmin etmək məqsədi ilə havada dronlar hərəkət edəcək. Divarın çəkilişi İranla sərhəddən başlayacaq.
Rəsmi Ankara PKK və PYD-ni terror təşkilatı kimi tanıyır. Onlar sərhəddə yerləşən Sincar vilayətindən Türkiyəyə hərbi texnika və canlı qüvvə göndərildiyini düşünür.
Miq.az