Türkiyə Suriyaya hücuma hazırlaşır - İDDİA
"Türkiyə-Suriya sərhədində baş verənlər Türkiyənin Suriyaya müdaxiləyə hazırlaşdığını deməyə əsas verir.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib. "RİA-Novosti” agentliyinə istinadən verillən xəbərə görə, Türkiyə Suriyaya müdaxilə üçün intensiv hazırlıq görür.
"Ankaranın düşünməsi qeyri-peşəkardır ki, Rusiya müşahidəçilərinin uçuşuna qadağa qoymaqla Suriya ilə sərhəddə baş verənləri gizlətmək mümkün olacaq. Biz suveren dövlətin ərazisinə hərbi müdaxilə üçün Türkiyənin intensiv hazırlığından şübhələnmək üçün ciddi əsaslara malikik”, - Konaşenkov jurnalistlərə bildirib.
Qeyd edək ki, Açıq Hava Məkanı Müqaviləsi çərçivəsində 1-5 fevral tarixləri arasında Rusiyanın An-30B təyyarəsi Türkiyə üzərində müşahidə uçuşları həyata keçirməli idi. Lakin Ankara uçuşların həyata keçirilməsinə icazə verməyib.
Rusiya Müdafiə Nazirliyi Türkiyənin bu hərəkətinin cavabsız qalmayacağını açıqlayıb.
Miq.az