Türkiyə Yunanıstan və Fransaya nota verdi: Sərt xəbərdarlıq

Türkiyə Yunanıstan və Fransaya nota verdi: Sərt xəbərdarlıq

Fransa və Yunanıstanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib və onlara nota təqdim olunub.

Miq.Az xəbər verir ki, ötən həftə Yunanıstan Xarici İşlər naziri Nikos Dendias Ankarada görüşlər keçirdiyi sırada Yunanıstan Dəniz Donanmasına aid "Elli” adlı gəmi və onu müşahidə edən Fransanın "L Atlanta” elmi araşdırma gəmisi Şərqi Aralıq dənizində Türkiyənin qitə sularını pozublar.

Məlumata görə, Ankara hadisənin səhəri günü buna sərt diplomatik reaksiya verib.

Ötən həftənin cümə günü Xarici İşlər Nazirliyinə dəvət olunan Yunanıstan və Fransa səfirlərinə bir daha belə hadisənin olmaması üçün sərt xəbərdarlıq edilib. Həmçinin hər iki ölkəyə nota verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az