Türkiyədə “Range Rover” körpüdən aşdı, azərbaycanlı Hökümə yaralandı

Türkiyədə “Range Rover” körpüdən aşdı, azərbaycanlı Hökümə yaralandı

Türkiyənin Afyonkarahisar bölgəsinin Sandıklı qəsəbəsi yaxınlığında "Range Rover” markalı cip körpüdən aşaraq yaxınlıqdakı tarlaya düşüb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Arif U. adlı şəxsin idarə etdiyi 34 UY 9265 nömrə nişanlı cip yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Qəzada sürücü və onun sərnişini, Azərbaycan vətəndaşı olan qadın Hökümə M. yaralanıblar. Qəzadan sonra hadisə yerinə gələn təcili yardım briqadası yaralıları xəstəxanaya aparıb, onların vəziyyəti kafidir. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az