Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ: GÖRDÜYÜMÜZ YERDƏ VURACAĞIQ
Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Çankaya sarayında, baş nazir Binalı İldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası davam edərkən, keçirdiyi mətbuat konfransında PKK/YPG terrorçularına verilən silahlarla bağlı jurnalistlərə açıqlamar verib.
Açıqlamada Bəkir Bozdağ, bunları qeyd edib:
"ABŞ-ın, Afrin bölgəsinə hal-hazırda etdiyi silah yardımını təsbit etməmişik. Digər bölgələrdə də silah yardımı ilə bağlı əlimizdə konkret faktlar hazırda yoxdur. Ancaq ərazidə baş verənləri biz yaxından təqib edirik. Lakin daha əvvəl Şimali İraqda və Fəratın şərqində, Menbiçdə, Raqqa əməliyyatları zamanı bölgədəki PYD/YPG terror təşkilatlarına və bunların terrorçularına silahlar verildiyi və sonradan bu silahların Afrin bölgəsinə nəql edildiyini bilirik. Buna dair ciddi və kəşfiyyat məlumatları var. Suriyanın harasında olursa, olsun, Afrin regionuna nəql ediləcək hər cür silah, sursat Türkiyənin hədəfi olacaq. Bunları gördüyümüz yerdə vuracağıq, məhv edəcəyik, ya da təslim alacağıq. Üçüncü bir variant yoxdur. O səbəbdən də bölgədə baş verən bütün yerdəyişmələri çox yaxından izləyirik. Və hər hansı silah daşımacılığına da imkan verməyəcəyimizi də bəyan etmək istəyirəm”.
Miq.az