Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa...

Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa...

Azərbaycan və Suriyada yaşananlar çətin şəraitdə Türkiyə ilə Rusiyanın birgə hərəkət edə biləcəyini göstərdi.

Miq.Az xəbər verir ki, bunu Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Murad Bayburt deyib.

"Türkiyənin Krımın ilhaqını qəbul etməməsinə rəğmən Rusiya ilə əlaqəsi pozulmayıb. Rusiyaya Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğumuzu dəfələrlə demişik. Buna rəğmən Ukraynada yaranacaq böyük böhran Türkiyə-Rusiya münasibətlərini zədələməz. Məncə, əlaqələrimiz daha da qüvvətlənəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə NATO üzvü olsa da, özünün geosiyasi maraqları var:

"Türkiyə NATO üzvüdür, Avropa Birliyinə girmək istəyən ölkədir. Lakin bizim özümüzə aid geosiyasətimiz və geostrategiyamız var. Rusiya ilə masada oturduğumuz zaman Moskva bizə kömək edəcək, biz də Rusiyaya kömək edəcəyik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az