"Tikintisi davam edən Bakı-Tiflis-Qars dəmiryolu istismara verilməsi bu lin sonuna planlaşdırılıb”.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, bu dəmiryolu vasitəsilə ilk növbədə yüklərin daşınması nəzərdə tutulub:
“Bakı-Tiflis-Qars yeni dəmir yolunun planlaşdırılan vaxtda istismara verilməsi üçün hazırda işlər davam etdirilir. İlk növbədə yük daşınması həyata keçiriləcək”.
Onun sözlərinə görə, dəmir yolunun rəhbərliyi gələcəkdə yüklərin Azərbaycan üzərindən daşınması üçün müxtəlif ölkələrlə danışıqlar aparır:
“Qazaxıstan, Özbəkistan və başqa ölkələrə səfərlər gerçəkləşdirilir, əlaqələr qurulur, bu istiqamətdə əsaslı işlər görülür".
Layihə istifadəyə verildikdən sonra ilkin olaraq ildə 5 milyon ton, gələcəkdə isə 15 milyon ton yük daşınması nəzərdə tutulub:
“Yük qatarları xəttə buraxıldıqdan sonra 2016-cı ildə sərnişin qatarları istismara veriləcək. İsveçrənin “Stadler Rail Group” şirkətindən bu il 30 ədəd dünya standartlarına uyğun olan sərnişin vaqonları alınacaq.
Qatarlar 2016-cı ildə Azərbaycana gətiriləcək və istifadəyə veriləcək. Gələn ildən etibarən sərnişinlər Türkiyəyə qatar vasitəsilə gedib-gələ biləcəklər”.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR