Türkmənistan prezidenti atasını toxunulmaz elan etdi

Türkmənistan prezidenti atasını toxunulmaz elan etdi
Türkmənistan prezidenti Sərdar Berdımuhammedov atasının, sabiq prezident Qurbanqulu Berdımuhammedovun toxunulmazılığı haqqında qanun imzalayıb.

Azpost.info bildirir ki, "türkmən xalqının milli Lideri” haqqında qanuna əsasən Qurbanqulu və onun ailə üzvləri toxunulmazlıq hüququ qazanır. Onun mal-mülkü də toxunulmaz sayılır. Sabiq prezidentə dövlət himayəsini almaq hüququ verilib. Dövlət onu bütün zəruri şeylərlə – mənzil, maşın, rabitə, tibbi xidmət və s. təmin etməlidir.

Türkmən xalqının lideri həmçinin xalq hakimiyyətinin ən yüksək orqanı olan Xalq məsləhətinə başçılıq edəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az