Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı

Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı
Ukraynanın Donetsk şəhərindəki kimya zavodu artilleriya atəşi ilə partladılıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda "Donetsk Xalq Respublikası” separatçı qurumun "Müdafiə Nazirliyi”nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, atəş Nevelski yaşayış məntəqəsindən açılıb. İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər həlak olub.
Kimya zavodu hazırda döyüş sursatları və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Ərazidə gedən döyüş əməliyyatlarının gedişatında zavod dəfələrlə atəşə məruz qalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az