Unun qiymətinin bahalaşması xəbəri yayıldı - Nazirlikdən açıqlama

Unun qiymətinin bahalaşması xəbəri yayıldı - Nazirlikdən açıqlama

Azərbaycanda unun topdansatış qiyməti artırılıb.

Bakıdakı çörək sexlərindən  daxil olan məlumata görə, 50 kq-lıq un kisəsinin qiyməti 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb.

Məlumata görə, qiymət hər gün müəyyən qədər artırılır və bunun davam edəcəyi bildirilir. Bu isə unun pərakəndə satış qiymətinin tez bir zamanda bahalaşacağını göstərir. Belə olan halda çörəyin qiymətinin də artırılması istisna deyil.
 
İqtisadiyyat Nazirliyi isə qiymət artımı barədə yayılan xəbəri təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakiPost.az-a açıqlamasında, unun qiymətində hər hansı bahalaşmanın qeydə alınmadığını bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az