Vardanyanı Putin Qarabağa göndərib - Doran

Vardanyanı Putin Qarabağa göndərib - Doran
Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Tvitterdə yazıb.

O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.

Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az