Vasif Talıbov tanınmış idmançının qardaşına dəhşətli işgəncələr verdirib

Vasif Talıbov tanınmış idmançının qardaşına dəhşətli işgəncələr verdirib

Vasif Talıbov görəvindən alındıqdan sona hər gün onun qanunsuz əməlləri onun kamanda üzvlərinin ağılasığmaz cinayətləri açılır. Zərərçəkənlərin dəhşətli hekayələri cəmiyyətdə şok effekt verir.

Bakıdan Naxçıvan əsilli iş adamlarının oğurlanaraq MR-ə aparılıb, orada işgəncəyə məruz qalmalarına dair faktlar xusisilə diqqət çəkir. Polislərdən ibarət xüsusi dəstələr Bakıya gəlib, Naxçıvan xanının və ya onun yüksək vəzifəyə təyin etdiyi şəxslərin nişan verdiyi istənilən adamı oğurlayıb muxtar respublika ərazisinə aparırmışlar. "Flaminqo” olayı, Faiq Rzayev adlı sabiq gömrükçünün başına gətirilən hadisələrlə bağlı açılan faktlar buna misal ola bilər.

Miq.Az xəbər verir ki, Azinforum.az saytının rəhbəri Məmmədəli Qəribli bu qəbildən olan daha bir dəhşətli cinayəti ictimailəşdirib.

Eyni ssenari üzrə təqiblərə məruz qalaraq, mülkiyyətləri əlindən alınmış İsgəndər Cabbarov tükürpədən hekayəsini təqdim edirik.

İsgəndər Cabbarov Şərurda hamının yaxşı tanıdığı "Qaqaş” ləqəbli idmançı Rasim Cabbarovun, kinqboks üzrə dəfələrlə dünya çempionu olmuş, məşhur idmançı, deputatlığa namizəd olmuş Güloğlan Cabbarovun böyük qardaşıdır.

İsgəndər Cabbarov bildirir ki, 2007-ci ilin fevral ayında o, Naxçıvan Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmiş (sonradan Şərur rayonunda polis rəisi olan- red) Mamed Hüseynov adlı şəxs tərəfindən guya, barəsində olan hansısa şikayətlə bağlı MR-ə dəvət edilib. Aeroportdan enən kimi onun qoluna qandal vuraraq, Böyükdüzdəki müvəqqəti saxlanma təcridxanasına aparıblar. Ona və şəriklərinə bir neçə gün olmazın işgəncələrini veriblər. Hətta onları 20 dərəcə şaxtada lüt şəkildə huşlarını itirənə kimi açıq havada saxlayırmışlar.

İşgəncə prosesinə adı bütün bənzər proseslərdə hallanan Qasım adlı yüksək rütbəli polis, müvəqqəti saxlanma yerinə rəhbərlik edən İlham, onun bir neçə əməkdaşı və Mamed Hüseynov iştirak ediblər. Bu cür işgəncəyə tap gətirə bilməyən İsgəndər Cabbarov və onun Hacı Qasım adlı şəriki sonda onlardan tələb olunan 700 min dollar pulu Mamed Hüseynova ödəyərək canlarını qurtarmaq qərarına gəlirlər.

Zərərçəkən deyir ki, tələb olunan puldan cəmi 5 min dollar çatmadığı səbəbindən onların azad edilməsini pul tam düzələnə kimi bir neçə saat ləngidiblər. Həmin pulun düzəldilməsi prosesində də, "Flaminqo” olayına bənzər ssenari olub. Sahibkarlara məcbur ediblər ki, Bakının Bakıxanov qəsəbəsində olan dəyəri 1 milyon 200 min dollarlıq mağazanı cəmi 300 minə onların öz adamlarına satsınlar. Hazırda həmin yerdə "Apelsin” adlı market fəaliyyət göstərir.

Sahibkarlara tutulan divan bununla da bitməyib. Onların mülkiyyətinə aid olan məşhur "Qaqaşxana” restoranı, onun ətrafındakı yanacaqdoldurma məntəqəsi yerlə – yeksan edilir, içindəki avadanlıqlar və onminlərlə ton yanacaq götürülür. İş adamlarına məxsus Zeyvə-Düdəngə kəndindəki böyük ferma da onları əllərindən alınaraq, Naxçıvandakı hakim ailəyə yaxın adamların nəzarətinə verilir.

Bütün bu cinayət əməllərinin araşdırılması istəyi ilə bağlı zərərçəkmiş iş adamları bütün əlaqədar qurumlara şikayət ediblər. Onlar dəymiş ziyanın ödənilməsini və bu cinayəti törədinlərin qanunamüvafiq qaydada cəzalanmasını tələb edirlər.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az