Vasif Talıbovun general oğlu vəzifəsindən azad olunub?

Vasif Talıbovun general oğlu vəzifəsindən azad olunub?

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır.

Miq.Az xəbər verir ki, bu barədə Manset.az saytı Dövlət Miqrasiya Xidmətindəndən məlumat əldə edib.

"O hazırda işdədir. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır", - deyə xidmətdən bildirilib.

Qeyd edək ki, general Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az