Xaçmazda meyvə bağında polisin meyiti tapıldı

Xaçmazda meyvə bağında polisin meyiti tapıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Xaçmaz rayonunda kişi meyiti tapılıb. 

Miq.az Ans Press-ə istinadən xəbər verir ki, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölən şəxsin Daxili İşlər Nazirliyinin xüsusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı Beyrək Seyidverdiyev olduğu məlum olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az