Xaçmazda yanğın baş verib: Ölən var
Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, yanğın rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evdə baş verib. Nəticədə evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Miq.Az