Xankəndinə gələn erməni nazir Azərbaycan torpağında meşə salmağa qərar verdi...

Xankəndinə gələn erməni nazir Azərbaycan torpağında meşə salmağa qərar verdi...

Bundan əlavə, düşmən ölkə tərəfindən Qarabağ meşələrinin monitorinqinin mümkün təşkili də müzakirə olundu...
 
"Xatırladaq ki, sıx meşələr təxribatçı və terrorçuların hərbçilərə və mülki əhaliyə qarşı asan fəaliyyəti üçün münbit şərait yaradır..."
 
Azərbaycan dövlətinin icazəsi olmadan Rusiya sülhməramlılarının(?) dəstəyi ilə Laçındakı dövlət sərhədimizi pozaraq Xankəndində işgüzar səfərdə olan  qəsbkar Ermənistanın  Ətraf Mühit naziri Romanos Petrosyan Qarabağdakı separatçı xunta tör-töküntüsünün "ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan adlı məxluqla görüşüb. 
 
Moderator.az xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni nəşrləri məlumata yayıb. 
 
Görüş zamanı Azərbaycanın faktiki olaraq Rusiya və Ermənistanın nəzarəti altında qalan ərazilərində meşələrin bərpası və yeni meşələrin salınması məsələləri də müzakirə olunub. Nəticədə Ermənistanın Ətraf Mühit Nazirliyinin fəal dəstəyi ilə Qarabağda 1 hektarlıq tinglik sahəsi yaradılması qərara alınıb. Bu məqsədlə   "10 milyon ağac" təşəbbüsü çərçivəsində 100.000 ədəd ting  qondarma rejimin müvafiq qanunsuz qurumuna hədiyyə ediləcək. 
 
Bundan əlavə,  Ermənistan Ətraf Mühit Nazirliyinin texniki imkanlarından istifadə edərək Qarabağ meşələrinin monitorinqinin mümkün təşkili də müzakirə edilib.
 
P.S. Xatırladaq ki, sıx meşələr təxribatçı və terrorçuların hərbçilərə və mülki əhaliyə qarşı asan fəaliyyəti üçün münbit şərait yaradır...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az