Bununla bağlı Dünya Təbiəti Mühafizə Fondu (WWF) London Zoologiya İcması ilə birgə tədqiqat aparıb. Nəticələrə əsasən, insanların yemək məqsədilə istehlak etdikləri dəniz canlılarının sayındakı tənəzzül günü-gündən sürətlənir. Misal olaraq, ton balığı və skumbriyanın sayında 74 faiz azalma müşahidə olunur.
Eyni zamanda, Asiya ölkələrində bahalı qida məhsulu olan dəniz bitkilərinin sayında da son illərdə 90 faiz azalma qeydə alınıb.
Fondun rəhbəri Marko Lambertini bildirib ki, dəniz canlılarının sayının azalmasında insan amili xüsusi rol oynayır: "Son zamanlar balıq ovunun sayı artıb. Bundan başqa, su altındakı canlıların həyat sahələri məhv edilir. Bu da okeanlara ciddi zərər vurur".
1 200-dən çox canlı növünün tədqiq edildiyi araşdırmada o da məlum olub ki, ovçuluq fəaliyyətinin həddindən artıq olması və iqlim dəyişikliyi də dəniz canlılarının sayının azalmasına təsir göstərir. Həmçinin, okeanların havadan sovurduqları karbondioksid sularda turşu miqdarının yüksəlməsinə və bunun da su altındakı canlı növlərinə zərər verdiyi qeyd edilib.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL