Vətəninfo.az xəbər verir ki, sakinlərin Modern.az-a
verdiyi məlumata görə, onlar dəymiş ziyanın aradan qaldırılması ilə
bağlı verilmiş rəsmi sərəncamın bəzi məmurlar tərəfindən yerinə
yetirilməməsindən narazı qaldıqlarını və sənəddə nəzərdə tutulduğu kimi
ev əşyaları ilə təmin olunmalarını istəyiblər.
"Hal-hazırda
mənzillər təmir olunub, mebellə təhciz olunub. Amma soyuducu,
kondisisoner, televizor, paltaryuyan maşın verilməyib və həmin əşyaların
verilməsindən də imtina olunur. Halbuki, mənzillər yanarkan həmin
əşyalar da sıradan çıxıb”.
Sakinlər deyirlər
ki, 15 avqust 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində
baş nazirin birinci müavini Abid Şərifovun sədrliyi ilə keçirilmiş
iclasda sakinlərin suallarına cavab olaraq ev əşyalarının onlara
ayrılmım 20 min manat mənəvi təzminatla alınacağı bildirilib. Sakinlər
isə etiraz olaraq deyiblər ki, həmin 20 min manat kompensasiyanı
paltarlarına, yeməyə və sağlamlıq problemlərinə xərcləyiblər.
Müraciətdə Prezident İlham Əliyevdən xahiş olunur ki, yanan binadakı
evlər ev əşyaları ilə tam təmin olunsun və onlara əlavə problemlər
yaradılmasın.
Eyni məzmunlu müraciət Bakı Şəhər İcra Hakimiyyətinə və baş nazirin birinci müavininə də ünvanlanıb.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Binəqədi rayonu, Azadlıq pr. 200/36 yanmış bina sakinləri tərəfindən
Müraciət
Cənab Prezident!
Hadisədən dərhal sonra bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə
minnətdarlığımızı bildiririk. Lakin Sizin verdiyiniz tapşırıqları yernə
yetirməkdən boyun qaçıraraq, 15 avqust 2015 ci il tarixdə Binəqədi Rayon
İcra Hakimiyyətndə Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı
bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondinsioner,
televizor, soyuducu, yorğan-döşək və s. ev əşyaları bizə mənəvi təzminat
kimi ödənilmiş 20 min manatla alınmalıdır.
O
pul sakinlərə verildikdə mənəvi təzminat olduğunu bildirdiklərinə görə,
sakinlər həmin pulu ailə üzvlərinin yeməyinə, geyiminə, sağlamlığına və
s. xərcləyiblər.
Cənab prezident, sakinlərin bəzilərinin
yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü
zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb.
Hörmətli prezident, xahiş edirik bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz”.